XİN: Azərbaycan İraqın ərazi bütövlüyünü tanıyır və tam şəkildə dəstəkləyir

XİN: Azərbaycan İraqın ərazi bütövlüyünü tanıyır və tam şəkildə dəstəkləyir "Azərbaycan İraqın mərkəzi hakimiyyəti və İraqın Kürdüstan regional vilayəti ilə məsələlərin sülh yolu həllinin tərəfdarıdır"
Xarici siyasət
29 Sentyabr , 2017 12:23
XİN: Azərbaycan İraqın ərazi bütövlüyünü tanıyır və tam şəkildə dəstəkləyir
Report

Bakı. 29 sentyabr. REPORT.AZ/ Azərbaycan Xarici İşlər Nazirliyi İraqın Kürdüstan regional vilayətində keçirilən referenduma münasibət bildirib. 

"Report"un sorğusuna cavab olaraq XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib ki, Azərbaycan İraqın ərazi bütövlüyü və suverenliyini tanıyır və tam şəkildə dəstəkləyir.

H.Hacıyev vurğulayıb ki, Azərbaycan İraqın mərkəzi hakimiyyəti və İraqın Kürdüstan regional vilayəti ilə məsələlərin sülh yolu ilə qarşılıqlı anlaşma və dialoq şəraitində İraqın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllinin tərəfdarıdır.

Son xəbərlər

Orphus sistemi