Tbilisi. 4 mart. REPORT.AZ/ “Rumıniyanın Qara dəniz-
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən bildirilib.
Nazirliyin açıqlamasında qeyd olunub ki, Gürcüstanın regional loqistika mərkəzi kimi gücləndirilməsi hökumətin əsas prioritet istiqamətlərindən biridir: “Bunun üçün Bakı-Tbilisi-Qars dəmir yolu, Şərq-Qərb sürət magistralı, Lapiz-Lazuli, Anaklia dərin dəniz limanının inşası, Fars körfəzi-Qara dəniz dəhlizi, Trans-Xəzər beynəlxalq nəqliyyat dəhlizi və digər mühüm layihələr mövcuddur”.
Qeyd edək ki, bu gün Buxarest şəhərində Azərbaycan, Gürcüstan, Rumıniya, və Türkmənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək. Dördtərəfli görüşdə Qara dəniz-Xəzər dənizi nəqliyyat dəhlizinin inkişaf perspektivləri müzakirə olunacaq.
Tərəflər arasında birgə bəyannamənin imzalanacağı gözlənilir. Sənəddə bölgədə yeni nəqliyyat dəhlizlərinin inkişafı üçün dörd ölkənin siyasi iradəsi öz əksini tapacaq.