Xəzərin hüquqi statusu ilə bağlı İşçi Qrupunun növbəti iclasının fevralda keçirilməsi planlaşdırılır

Xəzərin hüquqi statusu ilə bağlı İşçi Qrupunun növbəti iclasının fevralda keçirilməsi planlaşdırılır Bakı. 20 yanvar. REPORT.AZ/ Xəzər Dənizinin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması üzrə xüsusi İşçi Qrupunun növbəti iclasının fevralda keçirilməsi planlaşdırılır.
Xarici siyasət
20 Yanvar , 2018 11:19
Xəzərin hüquqi statusu ilə bağlı İşçi Qrupunun növbəti iclasının fevralda keçirilməsi planlaşdırılır
Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov / Report

Bakı. 20 yanvar. REPORT.AZ/ "Xəzər Dənizinin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması üzrə xüsusi İşçi Qrupunun növbəti iclasının fevralda keçirilməsi planlaşdırılır."

"Report" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov jurnalistlərə deyib. 

"Хəzərin hüquqi statusu məsələsinə gəlincə, sammitlə bağlı Qazaxıstan tərəfi təşəbbüslə çıxış etməlidir. Sammitin vaxtını elan edib digər ölkələrlə razılaşdırılmalıdır. Nazirlərin konfransında ilin birinci yarısı fikri səslənib. Ona kimi işçi qurupunun görüşü olacaq. Çünki biz razılaşdırılmış kommersiya layihəsinin ingilis dilində mətnini və digər mətn üzrə texniki işləri başa çatdırmalıyıq. Ola bilsin ki, fevral ayında həmin görüş keçirilsin", - X.Xələfov deyib.

Son xəbərlər

Orphus sistemi