Bakıda "Xəzər regionunun geosiyasi xülasəsi: Azərbaycanın yeni rolu" adlı konfrans keçiriləcək

Bakıda "Xəzər regionunun geosiyasi xülasəsi: Azərbaycanın yeni rolu" adlı konfrans keçiriləcək Tədbir NATO-nun Azərbaycandakı Beynəlxalq Məktəbi (NISA) tərəfindən təşkil olunacaq
Xarici siyasət
21 Aprel , 2015 17:57
Bakıda Xəzər regionunun geosiyasi xülasəsi: Azərbaycanın yeni rolu adlı konfrans keçiriləcək

Bakı. 21 aprel. REPORT.AZ/ "Xəzər regionunun geosiyasi xülasəsi: Azərbaycanın yeni rolu" adlı konfrans aprelin 27-dən mayın 1-dək Bakıda keçiriləcək. 

"Report" xəbər verir ki, tədbir NATO-nun Azərbaycandakı Beynəlxalq Məktəbi (NISA) tərəfindən təşkil olunacaq.

Konfrans zamanı Xəzər regionunun geosiyasi, hərbi-siyasi, iqtisadi, enerji aspektləri Xəzər dənizinin hüquqi statusu, regionda təhlükəsizlik və Azərbaycanın buradakı roluna dair məsələlər müzakirə olunacaq.

Konfransda Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimovun iştirakı gözlənilir.

Son xəbərlər

Orphus sistemi