Xəzər regionu və Mərkəzi Asiyanın təhlükəsizliyi Bakıda müzakirə olunub

Xəzər regionu və Mərkəzi Asiyanın təhlükəsizliyi Bakıda müzakirə olunub Moderator İtaliyanın sabiq baş naziri Franco Frattinini olub
Xarici siyasət
11 Mart , 2016 10:33
Xəzər regionu və Mərkəzi Asiyanın təhlükəsizliyi Bakıda müzakirə olunub

Bakı. 11 mart. REPORT.AZ/ IV Qlobal Bakı Forumu çərçivəsində İran və Əfqanıstan münasibətləri müzakirə olunub. “Report” xəbər verir ki, Forumda “İran və Əfqanıstan. Xəzər regionu və Mərkəzi Asiyanın təhlükəsizliyi və inkişafının əsasları. Növbəti region hansıdır?” mövzusundan panel iclası keçirilib.
İtaliyanın sabiq baş naziri Franco Frattininin moderatoru olduğu panel iclasında Gürcüstanın baş nazirinin sabiq müavini Eka Tkeşelaşvili, Livanın sabiq baş naziri Fouad Siniora, pakistanın sabiq baş naziri Şaukat Aziz iştirak edib.
İtaliyanın sabiq xarici işlər naziri Franko Frattini bildirib ki, əldə olunan sülh sazişi İranın inkişafına və regionda söz sahibi olan dövlətə çevirilməsi ilə nəticələnə bilər: “P5+2 ilə əldə olunan beynəlxalq sülh sazişinin uğuru ilə İran beynəlxalq ictimaiyyət arasında öz mövqeyini yenidən bərpa etdi. Bu isə İslam Respublikasına regional güc mərkəzinə çevrilmək üçün əlverişli şərait yaradıb. Regional dinamizim dəyişikliyi xüsusi ilə Xəzər regionunda həm yeni imkanlara, həm də problemlərə yol aça bilər”.
Livanın sabiq baş naziri Fouad Siniora bildirib ki, İran və Ərəb dövlətləri arasında gərginliyə dünyanın güc dövlətləri nəzarət etməlidir: “İranla Ərəb dövlətləri arasında sünnü-şiə müharibəsi gedir. Hər iki tərəf bu müharibəyə son qoymalıdır. Çünki çirkin siyasətdən əziyyət çəkən xalq, dinc və günahsız insanlar olur. Nə İran, nə də Səudiyyə Ərəbistanı münaqişələrin geniş miqyas almasına yol verməməlidir. Dünyanın güc dövlətləri isə münaqişənin genişlənməsinin qarşısını almalı və nəzarət etməlidirlər”.

Son xəbərlər

Orphus sistemi