Yuxarı

Xəzər məsələləri üzrə xüsusi İşçi Qrupunun iclası martın əvvəlində Bakıda keçiriləcək

İclasda 5 Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin müavinləri iştirak edəcək

Bakı. 14 fevral. REPORT.AZ/ Xəzər məsələləri üzrə xüsusi İşçi Qrupunun növbəti iclası bu il 4-5 mart tarixlərində Bakıda keçiriləcək. "Report" xəbər verir ki, Türkmənistan nümayəndə heyətinin iclasa hazırlıqla bağlı məsələsi fevralın 13-də ölkə başçısı Qurbanqulı Berdıməhəmmədovun da iştirak etdiyi Türkmənistan Nazirlər Kabinetinin iclasında müzakirə olunub. 

Xəzər məsələləri üzrə xüsusi İşçi Qrupunun iclasında 5 Xəzəryanı dövlətin xarici işlər nazirlərinin müavinləri iştirak edəcək. Görüş zamanı Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya mətninin üzərində iş davam etdiriləcək. 

Qeyd edək ki, xüsusi İşçi Qrupu növbə ilə "Xəzər beşliyi" ölkələrində iclaslar keçirir. Bu danışıqlar mexanizminin fəaliyyəti bir tərəfdən Xəzər dənizinin yeni hüquqi statusunun müəyyən edilməsi ilə bağlı məsələlərin həllinə, digər tərəfdən isə, beş Xəzəryanı ölkələrin dövlət başçıları və xarici işlər nazirlərinin mütəmadi keçirilən görüşlərinin hazırlanmasına yönəlib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi