Xəzər İbrahim Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri ilə görüşüb

Xəzər İbrahim Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri ilə görüşüb Bakı. 11 noyabr. REPORT.AZ/ Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, hakim Ədalət və İnkişaf Partiyasından millət vəkili Necdet Ünüvarla görüşüb.
Xarici siyasət
11 Noyabr , 2017 13:50
Xəzər İbrahim Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri ilə görüşüb

Bakı. 11 noyabr. REPORT.AZ/ Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, hakim Ədalət və İnkişaf Partiyasından millət vəkili Necdet Ünüvarla görüşüb.

“Report”un məlumatına əsasən, N.Ünüvar deyib ki, iki ölkə arasında geniş iqtisadi əməkdaşlıq Bakı-Tbilisi-Ceyhan neft boru xətti ilə başlayıb və oktyabrın 30-da Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın birlikdə açılışını etdikləri Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə daha da inkişaf edib.

Görüşdə Azərbaycan təbii qazını Türkiyədən keçərək Avropaya nəql edəcək Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsindən də danışılıb.

N.Ünüvar Azərbaycan səfirinə 2016-cı il iyulun 15-də Türkiyədə dövlət çevrilişnə cəhd zamanı ölkə parlamentində baş verənləri əks etdirən “Qazi məclis o gecə” adlı kitabını təqdim edib. Səfir Xəzər İbrahim isə dostluq qrupunun rəhbərinə Azərbaycana aid bir rəsm tablosu hədiyyə verib. 

Son xəbərlər

Orphus sistemi