Moskva. 30 noyabr. REPORT.AZ/ Bu gün Moskvada Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın işlənib hazırlanması üzrə xüsusi işçi qrupunun ikigünlük növbədənkənar iclası başlayıb.
"Report"un Rusiya bürosunun məlumatına görə, Azərbaycan görüşdə xarici işlər nazirinin müavini Xələf Xələfovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunur.
Qeyd edək ki, daha əvvəl Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin dekabrın 4-5-də Moskvada Xəzər dənizinin hüquqi statusunun müzakirəsi üçün görüş keçirəcəyi xəbəri yayılıb.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov məsələ ilə əlaqədar "sammit səviyyəsinə çatmağa imkan verən işçi fikirlər var" deyib.