Xələf Xələfov: “Rəsmi Bakı Kiyevlə əməkdaşlığı yüksək qiymətləndirir”

Xələf Xələfov: “Rəsmi Bakı Kiyevlə əməkdaşlığı yüksək qiymətləndirir” Azərbaycan Xarici İşlər nazirinin müavini Xələf Xələfov Kiyevdə Ukrayna Prezidenti Ofisinin rəhbər müavini İqor Jovkva ilə görüşüb.
Xarici siyasət
31 Yanvar , 2020 11:35
Xələf Xələfov: “Rəsmi Bakı Kiyevlə əməkdaşlığı yüksək qiymətləndirir”

Azərbaycan Xarici İşlər nazirinin müavini Xələf Xələfov Kiyevdə Ukrayna Prezidenti Ofisinin rəhbər müavini İqor Jovkva ilə görüşüb.

“Report” Ofisin saytına istinadən xəbər verir ki, görüş zamanı tərəflər yaxın perspektivdə ikitərəfli dialoqun prioritet tədbirlərini müzakirə ediblər.

“İqor Jovkva Ukrayna ilə Azərbaycan arasında, xüsusilə infrastruktur və energetika sektorlarında həyata keçirilən birgə layihələrin əhəmiyyətini qeyd edib. Xələf Xələfov Azərbaycanın qarşılıqlı maraq doğuran bütün sahələrdə Ukrayna ilə praktiki əməkdaşlığı dərinləşdirmək əzmini təsdiqləyib, eyni zamanda iki dövlətin beynəlxalq arenadakı səmərəli əməkdaşlığını yüksək qiymətləndirib”, - məlumatda deyilir.

Tərəflər həmçinin yanvarın 29-dan 31-dək Kiyevdə keçirilən Azərbaycan-Ukrayna İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının iclasının gözlənilən nəticələrinin müzakirə olunmasına xüsusi diqqət yetiriblər.

Son xəbərlər

Orphus sistemi