Xələf Xələfov: "Azərbaycanda yaşayanlar bərabər hüquqlara malikdirlər"

Xələf Xələfov: "Azərbaycanda yaşayanlar bərabər hüquqlara malikdirlər" Azərbaycan xarici işlər nazirinin müavini Cenevrədə BMT-nin İrqi ayrı-seçkiliyin aradan qaldırılması Komitəsinin iclasında çıxış edib
Xarici siyasət
3 May , 2016 17:10
Xələf Xələfov: Azərbaycanda yaşayanlar bərabər hüquqlara malikdirlər

Bakı. 3 may. REPORT.AZ/ "Azərbaycanda vətəndaşlar üçün heç bir məhdudiyyət yoxdur. Ölkədə yaşayanlar bərabər hüquqlara malikdirlər".

"Report" xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Cenevrədə BMT-nin İrqi ayrı-seçkiliyin aradan qaldırılması Komitəsinin iclasında Azərbaycanla bağlı müzakirələr zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan gələcəkdə Komitə ilə əməkdaşlıqda maraqlıdır və iclasda Azərbaycanın dövlət orqanının yüksək vəzifəli nümayəndələrlə təmsil olunması bu marağın sübutudur.

Azərbaycanda milli və dini azlıqların vəziyyəti barədə danışan X.Xələfov ölkədə müsəlmanlar, xristianlar, yəhudilər, buddistlər, krişnaçılar, bəhayilər üçün hər cür şərait yaradıldığını, onların ibadət etmələri üçün lazımi yerlərin mövcudluğunu qeyd edib və milli azlıqların kompakt yaşadığı yerlərdəki məktəblərdə onların dillərinin tədris olunduğunu vurğulayıb.

Bundan başqa, nazir müavini 2016-ci ilin Azərbaycanda multikulturalizm ili elan olunduğunu da xatırladıb. O, həmçinin Heydər Əliyev Fondu və onun həm Azərbaycanda, həm də ölkə xaricində mədəni və dini irs obyektlərinin bərpası ilə bağlı fəaliyyəti barədə danışıb.

Çıxışında X.Xələfov Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı faktına diqqət çəkərək, bu torpaqlarda onların törətdiyi etnik təmizləmə və tarixi abidələrin məhv edilməsi faktlarını qeyd edib. O, ərazilərin işğalı səbəbindən Azərbaycanın orada insan hüquqları sahəsində vəziyyətə tam nəzarət edə bilmədiyini də əlavə edib.

Son xəbərlər

Orphus sistemi