Nazir müavini: "Azərbaycan qanunvericiliyi daim təkmilləşdirilir və beynəlxalq standartlara uyğunlaşdırılır"

Nazir müavini: "Azərbaycan qanunvericiliyi daim təkmilləşdirilir və beynəlxalq standartlara uyğunlaşdırılır" Xələf Xələfov Cenevrədə BMT-nin İnsan Hüquqları Komitəsinin 118-ci sessiyasında çıxış edib
Xarici siyasət
20 Oktyabr , 2016 18:23
Nazir müavini: Azərbaycan qanunvericiliyi daim təkmilləşdirilir və beynəlxalq standartlara uyğunlaşdırılır

Bakı. 20 oktyabr. REPORT.AZ/ "Azərbaycan universallıq, insan hüquqları və əsas azadlıqlarının qarşılıqlı asılılığı prinsiplərinə sadiqdir".

"Report" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov Cenevrədə BMT-nin İnsan Hüquqları Komitəsinin 118-ci sessiyasında deyib.

Onun sözlərinə görə, beynəlxalq öhdəlikləri nəzərə alaraq, ölkə qanunvericiliyi, o cümlədən vətəndaş və siyasi hüquqların müdafiəsi sahəsi daim təkmilləşdirilir və beynəlxalq standartlara uyğun hala gətirilir.

X.Xələfov referendumdan sonra ölkə Konstitusiyasına edilən əlavə və dəyişikliklərin insan ləyaqətinə hörmət və onun müdafiəsini, hüquqdan sui-istifadənin qarşısının alınmasını, dövlət orqanları tərəfindən vicdanlı münasibəti və s. nəzərdə tutur: "Bu dəyişikliklər insan hüquq və azadlıqlarının müdafiəsinin Konstitusiya şəklində gücləndirilməsinə, səmərəli və çevik dövlət idarəçiliyinin formalaşmasına və iqtisadi islahatların səmərəliliyinə yönəlib".

Çıxışı zamanı X.Xələfov ölkə vətəndaşlarının məhkəmələrə müraciətlərini asanlaşdırmaq üçün Azərbaycanda məhkəmə sistemində aparılan islahatlar və eləcə də işində nöqsanlara yol verən hakimlərə münasibətdə tətbiq edilən cəzalar barədə məlumat verib.

Korrupsiyaya qarşı mübarizə barədə danışan X.Xələfov Daxili İşlər Nazirliyi yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə müraciət əsasında 100-dən çox vəzifəli şəxs barəsində istintaqın başa çatdığını bildirib.

İnsan Hüquqları Komitəsinin KİV nümayəndələri və yerli hüquq müdafiəsi təşkilatlarına qarşı təzyiq və zorakılıq göstərilməsi barədə hesabatını şərh edən xarici işlər nazirinin müavini deyib ki, bu hesabat çox güman dezinformasiyanın nəticəsidir və həqiqəti əks etdirmir.

"Azərbaycan davamlı inkişaf, qanunun aliliyinin gücləndirilməsi konsepsiyasının həyata keçirməsinə yönəlmiş səylərini davam etdirir" - o bildirib.

Son xəbərlər

Orphus sistemi