Yuxarı
    Bağlamaq

    Xarici İşlər Nazirliyində Əziz Əliyevin ictimai-siyasi fəaliyyətinə həsr olunmuş seminar keçirilib

    Tədbirdə XİN-nin əməkdaşları, tədqiqatçılar və ictimaiyyət nümayəndələri iştirak ediblər

    Bakı. 8 iyun. REPORT.AZ/ Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 120 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidenti  İlham Əliyevin Sərəncamını rəhbər tutaraq bu il iyunun 8-də Xarici İşlər Nazirliyində Əziz Əliyevin ictimai-siyasi fəaliyyətinə həsr olunmuş seminar keçirilib.

    "Report"a XİN-dən verilən məluymata görə, sözügedən tədbiri giriş sözü ilə açan xarici işlər naziri Elmar Məmmədyarov Əziz Əliyevin dövlət idarəçiliyinin təkmilləşdirilməsində səmərəli fəaliyyətinə toxunub, onun respublikada səhiyyə sisteminin və tibb təhsilinin formalaşdırılmasına layiqli töhfələr verdiyini deyib.

    Nazir, həmçinin, Əziz Əliyevin İkinci Dünya müharibəsi illərində gördüyü işləri, eləcə də Azərbaycan və Dağıstan xalqları arasında dostluq və qardaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi işində əvəzsiz xidmətlərindən danışıb.

    Seminarın əsas mühazirəçiləri olan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun və Azərbaycan Dövlət Pedaqoji Universitetinin mütəxəssisləri çıxışlarında Əziz Əliyevin müxtəlif dövrlərdə fəaliyyətindən söz açıb, onu görkəmli siyasi xadim, istedadlı təşkilatçı və mahir diplomat kimi xarakterizə ediblər.

    Əziz Əliyevin ailəsi adından çıxış edən akademik Cəmil Əliyev tədbirin təşkilinə görə nazir Elmar Məmmədyarova təşəkkürünü çatdırıb və natiqlərin çıxışını təqdir edib.

    Seminar işini mühazirə və müzakirələrlə davam etdirib.

    Tədbirdə XİN-nin əməkdaşları, tədqiqatçılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi