Azərbaycan XİN başçısı ABŞ-ın yeni təyin olunmuş səfirini qəbul edib

Azərbaycan XİN başçısı ABŞ-ın yeni təyin olunmuş səfirini qəbul edib Nazir Elmar Məmmədyarov səfir Robert Sekutaya diplomatik fəaliyyətində uğurlar arzulayıb
Xarici siyasət
16 Fevral , 2015 17:54
Azərbaycan XİN başçısı ABŞ-ın yeni təyin olunmuş səfirini qəbul edib

Bakı. 16 fevral. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Amerika Birləşmiş Ştatlarının (ABŞ) yeni təyin olunmuş səfiri Robert Sekutanı qəbul edib.

Bu barədə "Report"a Azərbaycan XİN-in mətbuat xidmətindən bildirilib.

Görüşdə səfir Robert Sekuta etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.

Səfir Robert Sekuta diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

Nazir Elmar Məmmədyarov səfir Robert Sekutaya diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Son xəbərlər

Orphus sistemi