Bakı. 4 iyul. REPORT.AZ/ Vyetnamın Kommunist Partiyası Siyasi Bürosunda Ədliyyə İslahatları üzrə daimi Komissiyanın sədr müavini, nazir Le Thi Thu Banın başçılıq etdiyi nümayəndə heyəti bu gün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində olub. Bu barədə "Report"a Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev Prezident
Sonra qonaqlar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin inzibati binasında normativ-hüquqi aktlarla zəngin və digər dövlət orqanlarının elektron kitabxanalarına çıxışla təmin edilmiş kitabxana, müasir proqram təminatı ilə təchiz edilən 161 saylı "Qaynar xətt" əlaqə mərkəzi, dövlət orqanlarının məlumat bazalarına çıxışı olan informasiya-kommunikasiya şəbəkəsi və əməliyyatların idarə edilməsi mərkəzi, vətəndaşların qəbulu otağı ilə yaxından tanış olublar.
Baş İdarədə yaradılan yüksək iş şəraitindən məmnunluğunu ifadə edən qonaq xanım Le Thi Thu Ba ölkədə korrupsiyaya qarşı mübarizə sahəsində əldə edilən naliyyətləri yüksək qiymətləndirib.
Qonaqlara korrupsiyaya qarşı mübarizə sahəsində ölkəmizdə həyata keçirilən tədbirləri, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin fəaliyyətini əks etdirən buklet, bülleten və kitabçalar təqdim edilib.