Yuxarı

Vyanada Azərbaycan xarici işlər nazirinin müavininin iştirakı ilə ATƏT-in Daimi Şurasının iclası keçirilir

Azərbaycanla ATƏT arasında əməkdaşlıq məsələləri, eləcə də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ətrafındakı cari vəziyyət müzakirə ediləcək

Bakı. 11 fevral. REPORT.AZ/ Vyanada ATƏT Daimi Şurasının iclası öz işinə başlayıb. "Report" xəbər verir ki, bugünkü iclasda Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov iştirak edir. O, Şurada çıxış da edəcək.

Görüş zamanı Azərbaycanla ATƏT arasında əməkdaşlıq məsələləri, eləcə də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ətrafındakı cari vəziyyətin müzakirə ediləcəyi gözlənilir.

Daimi Şura ATƏT-in qərarların qəbulu üzrə əsas daimi fəaliyyət göstərən orqanıdır. Şura hər həftə Vyanada bir araya gəlir və müvafiq qərarlar qəbul etmək üçün ATƏT məkanında mövcud vəziyyəti müzakirə edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi