Vuk Yeremiç: “Bakı sürətlə inkişaf edir”

Vuk Yeremiç: “Bakı sürətlə inkişaf edir” “Bakını son illərdə tanımaq olmur, şəhər sürətlə inkişaf edir və yaxşılığa doğru dəyişir”.
Xarici siyasət
13 Mart , 2023 17:45
Vuk Yeremiç: “Bakı sürətlə inkişaf edir”

“Bakını son illərdə tanımaq olmur, şəhər sürətlə inkişaf edir və yaxşılığa doğru dəyişir”.

“Report” xəbər verir ki, bunu Serbiyanın keçmiş xarici işlər naziri Vuk Yeremiç ADA Universitetində tələbələrlə görüşündə deyib.

O, tələbələrə Serbiya ilə Azərbaycan arasında əməkdaşlığın inkişaf perspektivlərindən danışıb.

V.Yeremiç bildirib ki, həm Qafqaz, həm də Balkan asan regionlar deyil.

Keçmiş xarici işlər naziri Kosovo problemindən danışaraq Serbiyanın da Azərbaycan kimi tarixində münaqişə və ərazi bütövlüyünün pozulması ilə üzləşdiyini vurğulayıb: “Azərbaycan 2020-ci ildə bir zamanlar işğal altında olan ərazilərini geri qaytarmağa nail olub. Şadam ki, Azərbaycanın Kosovo və Gürcüstan məsələsi ilə bağlı mövqeyi aydın və anlaşılandır, həmçinin beynəlxalq hüquq prinsiplərinə uyğundur”.

Son xəbərlər

Orphus sistemi