Vladimir Putin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı təbrik edib

Vladimir Putin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı təbrik edib Bakı. 7 mart. REPORT.AZ/ Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya təbrik məktubu göndərib.
Xarici siyasət
7 Mart , 2019 13:00
Vladimir Putin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı təbrik edib

Bakı. 7 mart. REPORT.AZ/ Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya təbrik məktubu göndərib.

"Report" xəbər verir ki, məktubda deyilir: 

"Hörmətli Mehriban Arif qızı.

Beynəlxalq Qadınlar Günü münasibətilə Sizi təbrik edirəm.

Səmimi qəlbdən arzu edirəm ki, bu əlamətdar bayram Sizi qarşıdan gələn baharın hərarəti, yaxınlarınızın və dostlarınızın diqqəti və qayğısı ilə sevindirsin.

Sizə həyat yolunuzda daim uğurlar və nailiyyətlər, evinizdə sevgi və firavanlıq ab-havası diləyirəm. Möhkəm cansağlığı və ən xoş arzularımı qəbul edin".

Son xəbərlər

Orphus sistemi