Vladimir ​Putin: "Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatına qoşulacaq"

Vladimir ​Putin: "Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatına qoşulacaq" Rusiya prezidentinin sözlərinə görə, quruma üzv olmaq istəyən başqa dövlətlər də var
Xarici siyasət
10 İyul , 2015 14:19
Vladimir ​Putin: Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatına qoşulacaq

Bakı. 10 iyul. REPORT.AZ/ "Azərbaycan, Kamboca, Ermənistan və Nepal danışıqlar üzrə tərəfdaş kimi Şanxay Əməkdaşlıq Təşkilatı ailəsinə qoşulacaq".

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Dövlət başçıları Şurasının genişləndirilimiş iclasında bildirib.

Onun sözlərinə görə, ŞƏT-ə qoşulmaq istəyən başqa dövlətlər də var.

Qeyd edək ki, hazırda ŞƏT-də Qazaxıstan, Qırığıstan, Özbəkistan, Rusiya, Tacikistan və Çin təmsil olunur. 

Son xəbərlər

Orphus sistemi