​Vladimir Putin: "Rusiya Azərbaycan sahibkarları ilə əməkdaşlığı genişləndirməkdə maraqlıdır"

​Vladimir Putin: "Rusiya Azərbaycan sahibkarları ilə əməkdaşlığı genişləndirməkdə maraqlıdır" Rusiya Prezidenti: "İqtisadiyyatdakı mürəkkəbliyə baxmayaraq, iki ölkə arasında ticarət dövriyyəsi artır"
Xarici siyasət
13 İyun , 2015 15:15
​Vladimir Putin: Rusiya Azərbaycan sahibkarları ilə əməkdaşlığı genişləndirməkdə maraqlıdır

Bakı. 13 iyun. REPORT.AZ/ "Rusiya Azərbaycan sahibkarları, o cümlədən ərzaq bazarı ilə əməkdaşlığı genişləndirməkdə maraqlıdır".

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyevlə Bakıda keçirdiyi görüşdə Rusiya Prezidenti Vladimir Putin bəyan edib.

"Dövlətlərarası münasibətlərin xarakteri və səviyyəsi ilə bağlı Sizin dəyərləndirmənizi bölüşürəm. Qeyd etmək istəyirəm ki, iqtisadiyyatdakı mürəkkəbliyə baxmayaraq, ölkələrimiz arasında ticarət dövriyyəsi artır", - o vurğulayıb.

Rusiya dövlət başçısı bildirib ki, ötən il iki ölkə arasında ticarət dövriyyəsi 12 faizdən çox artıb: "Bu ilin birinci rübündə bu sahədə təxminən 6 faiz artım olub".

V.Putin qeyd edib ki, Moskva və Bakı ikitərəfli münasibətlərin şaxələnməsinə və inkişafına kifayət qədər səy göstərir: "Bunun üçün bütün şərait var".

Rusiya Prezidenti Azərbaycan Prezidentini "Bakı 2015" ilk Avropa Oyunlarının açılışı münasibətilə təbrik edib: "Təsiredici, gözəl və baxımlı tamaşa idi. Bu bayramı keçirməyə hazırlaşanlar boş yerə əmək sərf etməyiblər". 

Son xəbərlər

Orphus sistemi