Vladimir Putin: "Azərbaycan-Rusiya Forumunun konstruktiv dialoq şəraitində keçəcəyinə ümid edirəm"

Vladimir Putin: "Azərbaycan-Rusiya Forumunun konstruktiv dialoq şəraitində keçəcəyinə ümid edirəm" Rusiya prezidenti: "Sizə dövlətlərimiz və xalqlarımızın rifahı naminə nəzərdə tutulmuş planları uğurla həyata keçirilməyi arzulayıram"
Xarici siyasət
1 Noyabr , 2016 11:51
Vladimir Putin: Azərbaycan-Rusiya Forumunun konstruktiv dialoq şəraitində keçəcəyinə ümid edirəm

Bakı. 1 noyabr. REPORT.AZ/ "Bu görüşün iki ölkənin hakimiyyət orqanları və işgüzar dairələrinin nümayəndələri, ekspertləri və qeyri-hökumət təşkilatları arasında konstruktiv dialoq formatında keçəcəyinə ümid edirəm".

"Report" xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Bakıda keçirilən 7-ci Azərbaycan-Rusiya Regionlararası Foruma göndərdiyi təbrik məktubunda bildirib.

"Forumun gündəliyində iqtisadi və maliyyə əməkdaşlığının genişləndirilməsi, elm, təhsil və mədəniyyət sahələrində korporativ əlaqələrin dərinləşdirilməsi kimi vacib məsələlər öz əksini tapacaq. Sizə dövlətlərimiz və xalqlarımızın rifahı naminə məhsuldar iş və nəzərdə tutulmuş planları uğurla həyata keçirilməyi arzulayıram", - deyə Rusiya prezidenti vurğulayıb. 

Forumda "dəyirmi masa"lar çərçivəsində müzakirələr aparılması planlaşdırılır. Müzakirələrdə Rusiya və Azərbaycanın regionlarının turizm imkanları, turizm sahəsindəki layihələri, iki ölkənin sənaye potensialının inkişafı təqdim olunacaq.

Xatırladaq ki, 6-cı Azərbaycan-Rusiya regionlararası forumu Yekaterinburqda keçirilib.

Son xəbərlər

Orphus sistemi