Moskva. 12 noyabr. REPORT.AZ/ Rusiya Dövlət Dumasının deputatı, LDPR fraksiyasının rəhbəri Vladimir Jirinovskinin "Report" informasiya agentliyinə müsahibəsi:
- Xoş gördük, Vladimir Volfoviç. 2018-ci ildə Azərbaycan Prezidenti
- Ölkələrimizin rəhbərliyi arasında əlaqələr müntəzəm olaraq baş verir və bu, qonşu olduğumuza, bir çox ümumi maraqlarımız olduğuna görə təbii haldır. Birincisi, Rusiya kimi dövlətin başçısı sülh və müharibənin qlobal məsələlərini həll edir, bütün planetin problemlərindən narahatdır, lakin ən yaxın qonşularımız beynəlxalq əlaqələrin qurulması baxımından, əlbəttə ki, hər zaman prioritetdir. Mən də dəfələrlə Azərbaycanda olmuşam, əvvəlki və indiki prezidentlə şəxsən tanışam.
Rusiyanı Azərbaycanla indi həm də siyasi cəhətdən Qərbə deyil, Cənuba doğru hərəkət etmək yaxınlaşdırır. Hətta Türkiyə, İran, İraq və Azərbaycanla konfederativ ittifaq da yarada bilərik. Bunu bir neçə dəfə təklif etmişəm, şəxsən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla müzakirə etmişəm. Əlbəttə, Rusiya ilə adlarını çəkdiyim ölkələr arasında yerləşən Azərbaycan üçün bu, daha uzaq Avropa ilə münasibətlərdən daha çox faydalı olardı. Belə bir ittifaq çərçivəsində Rusiyada istehsal etməyin çətin olduğu bütün cənub məhsullarını almağa və qarşılığında hərbi və mülki texnologiyalarımızı, enerjimizi verməyə hazırıq.
- Sizcə, Rusiya və Azərbaycan arasında əməkdaşlığın inkişaf etdirilməli olan ən vacib sahələri hansılardır?
- Münasibətlərimizin mühüm aspekti Rusiyada yaşayan və işləyən milyonlarla azərbaycanlı miqrantdır. Silahlanma, ordu, müdafiə sahələrindəki layihələr bizi əlaqələndirir.
Danışıqlar üçün vacib mövzu Türkiyə ilə qonşuluqdur. Dediyim kimi, bu, cənubdakı potensial əsas tərəfdaşımızdır. Böyük əhalisi olan böyük iqtisadiyyat. Azərbaycan bizim aramızda yerləşir və daha da yaxınlaşsaq, onların da əlaqələrimizə cəlb edilməsi qaçılmaz olacaq.
Üçüncüsü, nəqliyyatdır. Rusiya Asiya və Qafqazı Avropaya birbaşa birləşdirən körpüdür. Əlavə sərhədsiz, tamamilə təhlükəsiz. Dağlar boyunca və bir çox sərhədlərdən keçməklə, özü də tez-tez hərbi cəhətdən qeyri-sabit bölgələr vasitəsilə yollar tikməkdənsə, bunu Rusiya ərazisi ilə etmək daha yaxşıdır.
- Hazırda ölkələrimiz arasında həll edilməmiş məsələlər varmı?
- Həll olunmayan problemlər barədə danışırıqsa, bu,
İqbal Rüstəmov