Yuxarı
    Bağlamaq

    Vladimir Fekete: "Roma Papasının Azərbaycana səfərinə hazırlıqlar gedir"

    Vatikanın Cənubi Qafqaz üzrə elçisi səfərin detallarını müzakirə etmək üçün Romadadır

    Bakı. 10 mart. REPORT.AZ/ "Roma Papası Fransiskin Azərbaycana səfərinə hazırlıqlar gedir".

    "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Roma Katolik Kilsəsinin ordinarisi Vladimir Fekete deyib.

    O, bildirib ki, Vatikanın Cənubi Qafqaz üzrə elçisi nunsi Marek Solçinski hazırda səfərin detallarını müzakirə etmək üçün Romadadır.

    V.Feketenin sözlərinə görə, Roma Katolik kilsəsinin rəhbərinin Bakıya səfərinin dəqiq tarixi hələlik məlum deyil.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi