Vladimir Doroxin: "Azərbaycan MDB ilə münasibətlərdə öz modelini seçib"

Vladimir Doroxin: "Azərbaycan MDB ilə münasibətlərdə öz modelini seçib" "Biz bir-birimzin maraqlarına hörmət etməyi və maraqlar üst-üstə düşməyəndə bunu problem etməməyi öyrənmişik"
Xarici siyasət
20 Dekabr , 2016 17:55
Vladimir Doroxin: Azərbaycan MDB ilə münasibətlərdə öz modelini seçib

Bakı. 20 dekabr. REPORT.AZ/ "Azərbaycan MDB ilə münasibətlərdə öz modelini seçib və biz buna hörmətlə yanaşırıq".

"Report" xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Azərbaycanın MDB-yə verdiyi töhfə ilə bağlı məsələni şərh edərkən jurnalistlərə açıqlamasında deyib.

"MDB-də icbari nizam-intizam yoxdur. Biz bir-birimizi dinləməyi, bir-birimzin maraqlarına hörmət etməyi və maraqlar üst-üstə düşməyəndə bunu problem etməməyi öyrənmişik. Bu, bəlkə də birgə həyatın ən mühüm nailiyyətdir" - səfir bildirib.

Son xəbərlər

Orphus sistemi