Viza mərkəzi Azərbaycanda Macarıstan vizalarının verilməsinin dayandırılmasını şərh edib

Viza mərkəzi Azərbaycanda Macarıstan vizalarının verilməsinin dayandırılmasını şərh edib "BLS International": Sənədlərin qəbulu avqustun 21-dən etibarən dayandırılıb və qəbulun yenidən nə vaxt bərpa ediləcəyi hələ bilinmir
Xarici siyasət
24 Avqust , 2017 14:58
Viza mərkəzi Azərbaycanda Macarıstan vizalarının verilməsinin dayandırılmasını şərh edib

Bakı. 24 avqust. REPORT.AZ/ Azərbaycanda Macarıstan vizalarının verilməsinin dayandırılması texniki problemlərlə bağlıdır.

Bu barədə "Report"a Bakıda Macarıstan vizalarının alınması üçün sənədlərin qəbulu ilə məşğul olan "BLS International" şirkətindən bildiriblər.

Şirkətdən qeyd ediblər ki, sənədlərin qəbulu avqustun 21-dən etibarən dayandırılıb və qəbulun yenidən nə vaxt bərpa ediləcəyi hələ bilinmir.

"Biz səfirliyin konsulluq şöbəsinə tabeyik, ancaq bizə də konkret səbəblər deyilməyib", - şirkətin nümayəndəsi bildirib.

Xatırladaq ki, dünən Macarıstanın Azərbaycandakı səfirliyi konsulluq şöbəsinin forsmajor vəziyyətlə əlaqədar müvəqqəti olaraq viza üçün sənədlərin qəbulunu dayandırdığını bəyan edib.

"Ərizəçilər uzunmüddətli Şengen vizaları (D) üçün Macarıstanın Gürcüstandakı səfirliyinə müraciət edə bilərlər. Hazırda səfirlik forsmajor vəziyyətdən əvvəl olunan müraciətlərin baxılması ilə məşğuldur. Konsulluq ilə bağlı yaranmış vəziyyətə dair məlumatlar müntəzəm olaraq səfirliyin saytında (baku.mfa.gov.hu) yenilənir. Ərizəçilər Konsulluq şöbəsinin fəaliyyətinin bərpasından sonra yenidən viza üçün müraciət edə bilərlər", - səfirliyin məlumatında deyilir.

Son xəbərlər

Orphus sistemi