Vitali Kliçko Azərbaycana səfər edəcək

Vitali Kliçko Azərbaycana səfər edəcək Səfir: "O, artıq Bakı meriyasının dəvətini qəbul edib, səfərin hazırlıqları gedir"
Xarici siyasət
7 Aprel , 2017 12:44
Vitali Kliçko Azərbaycana səfər edəcək

Bakı. 7 aprel. REPORT.AZ/ Kiyev şəhərinin meri Vitali Kliçko yaxın zamanlarda Azərbaycana səfər etmək niyyətindədir.

"Report" xəbər verir ki, bu barədə Ukraynanın Bakıdakı səfiri Aleksandr Mişenko məlumat verib.

Səfirin sözlərinə görə, V.Kliçko artıq Bakı meriyasının dəvətini qəbul edib, səfərin dəqiq tarixi və gündəliyi üzrə hazırlıqlar gedir.

Səfir həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci ildə Ukraynaya rəsmi səfər etmək niyyətində olduğunu bildirib.

"Hazırda səfərə hazırlıq, eləcə də hər iki ölkənin prezident administrasiyaları vasitəsilə razılaşma prosesi gedir. Azərbaycan prezidentini qəbul etməyə hazırıq", - deyə A.Mişenko vurğulayıb.

Son xəbərlər

Orphus sistemi