Bratislavada Vışeqrad qrupu və "Şərq Tərəfdaşlığı" ölkələrinin görüşü olub - YENİLƏNİB

Bratislavada Vışeqrad qrupu və "Şərq Tərəfdaşlığı" ölkələrinin görüşü olub - YENİLƏNİB Slovakiyanın paytaxtı Bratislava şəhərində Vışeqrad qrupu və Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramına üzv ölkələrin xarici işlər nazirlərinin görüşü keçirilib.
Xarici siyasət
6 May , 2019 17:44
Bratislavada Vışeqrad qrupu və Şərq Tərəfdaşlığı ölkələrinin görüşü olub - YENİLƏNİB

Slovakiyanın paytaxtı Bratislava şəhərində Vışeqrad qrupu və Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramına üzv ölkələrin xarici işlər nazirlərinin görüşü keçirilib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, görüşdə Avropa İttifaqı və “Şərq Tərəfdaşlığı”na üzv ölkələr arasında əməkdaşlığın gələcək inkişaf perspektivləri müzakirə olunub.

Görüşdə “Şərq Tərəfdaşlığı” proqramının Avropanın qonşuluq siyasəti üçün strateji əhəmiyyət daşıdığı qeyd olunub.

Tərəflər həmçinin “Şərq Tərəfdaşlığı” formatının daha da inkişaf etdirilməsi və “daha çox tərəqqi üçün daha çox dəstək” (“more for more”) prinsipinin gücləndirilməsinin zəruriliyini vurğulayıblar.

Görüşdə Avropa qonşuluq siyasəti və genişlənmə danışıqları üzrə komissar Yohannes Han da iştirak edib. 


*** 15:16

Slovakiyanın paytaxtı Bratislava şəhərində Vışeqrad qrupu və "Şərq Tərəfdaşlığı" ölkələrinin görüşü başlayıb.

"Report" xəbər verir ki, Azərbaycanı iclasda Xarici İşlər nazirinin müavini Mahmud Məmmədquliyev təmsil edir.

Görüş zamanı "Şərq Tərəfdaşlığı" ölkələrinin, həmçinin Vışeqrad "dördlüyü"nün (Polşa, Çexiya, Slovakiya və Macarıstan) nümayəndələri əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.

Qeyd edək ki, "Şərq Tərəfdaşlığı" proqramı 2009-cu ildə Avropa İttifaqı tərəfindən işə salınıb. Onun əsas məqsədi altı ölkə - Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna ilə regional əməkdaşlığın inkişafıdır.

Son xəbərlər

Orphus sistemi