Vişeqrad qrupu “Şərq Tərəfdaşlığı” ölkələrinin ərazi bütövlüyünü dəstəkləyib

Vişeqrad qrupu “Şərq Tərəfdaşlığı” ölkələrinin ərazi bütövlüyünü dəstəkləyib Bu gün “Vişeqrad dördlüyü” və “Şərq Tərəfdaşlığı” təşəbbüsünə üzv ölkələrin xarici işlər nazirlərinin onlayn formatda görüşü keçirilib
Xarici siyasət
29 Aprel , 2021 18:41
Vişeqrad qrupu “Şərq Tərəfdaşlığı” ölkələrinin ərazi bütövlüyünü dəstəkləyib

Bu gün “Vişeqrad dördlüyü” (Macarıstan, Polşa, Slovakiya və Çexiya) və “Şərq Tərəfdaşlığı” təşəbbüsünə üzv ölkələrin xarici işlər nazirlərinin onlayn formatda görüşü keçirilib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

Toplantının yekununda birgə bəyanat qəbul edilib. Sənəddə “Şərq Tərəfdaşlığı” ölkələrinin suvenerliyi və beynəlxalq səviyyədə tanınan sərhədlər çərçivəsində ərazi bütövlüyünə dəstək ifadə olunub. Bölgədə mövcud münaqişələrin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq dərhal həll olunmasının vacibliyi vurğulanıb.

Bəyanatda Gürcüstan ərazilərinin işğalı və “işğal xətti” boyu baş verən insidentlər qınanılıb.

XİN başçıları həmçinin “Şərq Tərəfdaşlığı” sammiti öncəsi Avropa İttifaqını tərəfdaş ölkələrlə əməkdaşlığı dərinləşdirməyə çağırıb. Bu kontekstdə onlar assosiasiyalı tərəfdaşların vahid Avropa bazarına tədricən tam inteqrasiyası ideyasını da dəstəkləyiblər.

Son xəbərlər

Orphus sistemi