"Vışeqrad dördlüyü" ölkələrinin XİN başçıları Azərbaycanın Aİ ilə viza rejiminin sadələşdirilməsi üzrə dialoqu davam etmək istəyini alqışlayır

"Vışeqrad dördlüyü" ölkələrinin XİN başçıları Azərbaycanın Aİ ilə viza rejiminin sadələşdirilməsi üzrə dialoqu davam etmək istəyini alqışlayır Nazirlər həmçinin Aİ və Azərbaycan arasında davam edən danışıqların daha da inkişaf etdirilməsi üçün çağırış edib
Xarici siyasət
13 Aprel , 2017 12:31
Vışeqrad dördlüyü ölkələrinin XİN başçıları Azərbaycanın Aİ ilə viza rejiminin sadələşdirilməsi üzrə dialoqu davam etmək istəyini alqışlayır

Bakı. 13 aprel. REPORT.AZ/ "Vışeqrad dördlüyü" ölkələrin xarici işlər nazirləri Azərbaycanın Avropa İttifaqı ilə viza rejiminin sadələşdirilməsi üzrə dialoqu davam etmək istəyini alqışlayır və bu istiqamətdə növbəti addımları gözləyirlər.

"Report" xəbər verir ki, bu barədə "Vışeqrad dördlüyü" və "Şərq Tərəfdaşlığı" ölkələrinin XİN başçılarının Varşavada keçirilən iclasının yekununda "Vışeqrad dördlüyü" ölkənin xarici işlər nazirlərinin qəbul etdiyi birgə bəyanatda deyilir.

Bəyanatda Avropa İttifaqı və Gürcüstan arasında viza rejiminin ləğvi alqışlanıb və yaxın gələcəkdə analoji addımın Ukrayna ilə münasibətdə də atılacağına ümid edildiyi bildirilib.

Nazirlər, həmçinin yeni strateji tərəfdaşlıq müqaviləsi ilə bağlı Aİ və Azərbaycan arasında davam edən danışıqların daha da inkişaf etdirilməsi üçün çağırış edib.

Ümumilikdə "Vişeqrad dördlüyü" ölkələrinin nazirləri Avropa Qonşuluq Siyasətinin strateji istiqaməti, eləcə də Şərqi Avropada sabitlik və iqtisadi tərəqqinin əsas amili kimi "Şərq Tərəfdaşlığı" proqramına dəstək ifadə ediblər.

Son xəbərlər

Orphus sistemi