“Avropa İttifaqı Azərbaycanla bir çox sahələrdə əməkdaşlıq edir. Biz insanlar arasında əlaqələri yaxşılaşdırırıq”.
“Report”un xəbərinə görə, bu fikirləri Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin Əməkdaşlıq şöbəsinin rəhbəri Viktor Bojkov “İnklüziv, mütərəqqi və təkmilləşdirilmiş miqrasiya idarəçiliyi üçün 15 illik tərəfdaşlıq” adlı tədbirdə çıxış edərkən deyib.
“Azərbaycan və Avropa İttifaqı bir-biriləri ilə əməkdaşlığın davam etdirilməsində maraqlıdırlar. Azərbaycan rəqəmsal xidmətlərin sürətləndirilməsində müsbət nəticələr əldə edib”, - o vurğulayıb.