Vətəndaşlığı ən cəlbedici olan dünya ölkələrinin reytinqi dərc edilib

Vətəndaşlığı ən cəlbedici olan dünya ölkələrinin reytinqi dərc edilib Azərbaycan reytinqdə 111-ci yeri tutub
Xarici siyasət
20 Aprel , 2018 12:50
Vətəndaşlığı ən cəlbedici olan dünya ölkələrinin reytinqi dərc edilib

Bakı. 20 aprel. REPORT.AZ/ Fransa, Almaniya və İslandiya vətəndaşlığı ən cəlbedici olan dünya ölkələrinin reytinqində ilk üç yeri tutub.

"Report" xəbər verir ki, bu barədə "Henley & Partners" şirkətinin dərc olunan araşdırmasında deyilir.

Araşdırmaya görə, Azərbaycan reytinqdə 111-ci yeri tutub.

Qonşu respublikalardan Rusiya 63-cü, Türkiyə 83-cü, Gürcüstan isə 84-cü sırada qərarlaşıb.

Qeyd edək ki, ABŞ və Çin müvafiq olaraq 27-ci və 59-cu yerləri tutub.

Ümumilikdə reytinqdə 209 ölkənin vətəndaşlığı nəzərə alınıb.

Əlavə edək ki, reytinqin hazırlanması zamanı ekspertlər həm bu və ya digər ölkənin vətəndaşlığının alınmasının əlverişli olub-olmadığını göstərən daxili, həm də xarici amilləri təhlil ediblər. Hesabatın müəllifləri həmçinin ərazilərin işğalı faktorunun da ölkələrin reytinqinə təsir göstərdiyini açıqlayıblar.

Son xəbərlər

Orphus sistemi