Vətən müharibəsindəki zəfəri əks etdirən kitablar Latviyada İnformasiya Mərkəzinə hədiyyə edilib

Vətən müharibəsindəki zəfəri əks etdirən kitablar Latviyada İnformasiya Mərkəzinə hədiyyə edilib Azərbaycan Parlamentinin nümayəndələri Kamran Bayramov və Asim Mollazadə Latviyaya səfərləri çərçivəsində Latviya Yerli və Regional Hakimiyyətlər İttifaqının sədri Gints Kaminskis ilə görüş keçirilib.
Xarici siyasət
17 May , 2023 12:59
Vətən müharibəsindəki zəfəri əks etdirən kitablar Latviyada İnformasiya Mərkəzinə hədiyyə edilib

Azərbaycan parlamentinin nümayəndələri Kamran Bayramov və Asim Mollazadə Latviyaya səfərləri çərçivəsində Latviya Yerli və Regional Hakimiyyətlər İttifaqının sədri Gints Kaminskis ilə görüş keçirilib.

"Report" xəbər verir ki, görüşdə iki ölkənin yerli hakimiyyət orqanları və bələdiyyələri arasında 14 əməkdaşlıq sazişinin və protokollarının mövcud olduğu və bu əlaqələrin inkişaf etdirilməsi üçün geniş potensialın mövcudluğu qeyd edilib.

Eləcə də bu sahədə əməkdaşlığın və təcrübə mübadiləsinin bundan sonra da davam etdirilməsinin zərurəti vurğulanıb.

Görüşdə 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etdiyi, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq layihələrinin həyata keçirildiyi, həmin ərazilərdə yeni idarəetmə sisteminin tətbiq olunduğu diqqətə çatdırılıb.

Latviyanın yerli və regional hakimiyyət orqanlarının Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan yaşayış məntəqələrinin idarəetmə orqanları ilə əlaqələrinin qurulması və inkişaf etdirilməsi müzakirə olunub.

Milli Məclisin deputatları həmçinin Latviya Universitetinin Akademik Kitabxanasının nəzdində fəaliyyət göstərən Azərbaycan İnformasiya Mərkəzini də ziyarət ediblər.

Onlar Azərbaycan İnformasiya Mərkəzinə erməni işğalının fəsadlarını, həmçinin Vətən Müharibəsində şanlı Zəfərimizi əks etdirən kitablar hədiyyə ediblər.

Qeyd edək ki, bütün görüşlərdə Azərbaycanın Latviyadakı fövqəladə və səlahiyyətli səfiri Elnur Sultanov iştirak edib.

Son xəbərlər

Orphus sistemi