Venesuela Prezidenti Milli Məclisdə olub

Venesuela Prezidenti Milli Məclisdə olub Parlamentlərarası əlaqələrin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb
Xarici siyasət
22 Oktyabr , 2016 11:49
Venesuela Prezidenti Milli Məclisdə olub

Bakı. 22 oktyabr. REPORT.AZ/ Bu gün Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro Azərbaycan Respublikası Milli Məclisində olub.

“Report”un xəbərinə görə, ali qonaq əvvəlcə parlamentin iclas zalı ilə tanış olub.

Prezident Nikolas Maduronun Milli Məclisin sədri Oqtay Əsədov ilə görüşündə Azərbaycan və Venesuela arasında müxtəlif sahələrdə əməkdaşlığın, xüsusilə parlamentlərarası əlaqələrin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi