Venesiya tədqiqatçısı: İtaliya Azərbaycanın Qərbdə əsas tərəfdaşına çevrilib

Venesiya tədqiqatçısı: İtaliya Azərbaycanın Qərbdə əsas tərəfdaşına çevrilib Avropanın nüfuzlu beyin mərkəzlərindən olan Avropa Xarici Əlaqələr Şurasının (ECFR) internet səhifəsində İtaliya Beynəlxalq Siyasi Araşdırmalar İnstitutunda (ISPI) və Venesiya Ka Foskari Universitetində post-sovet məkanı üzrə tədqiqatçı Karlo Frappinin “Müttəfiqliyə yaxın əlaqələr: İtaliyanın Azərbaycana və Dağlıq Qarabağ münaqişəsinə yeni yanaşması” adlı məqaləsi dərc olunub.
Xarici siyasət
286
18 Aprel , 2020 19:24
Venesiya tədqiqatçısı: İtaliya Azərbaycanın Qərbdə əsas tərəfdaşına çevrilib

Avropanın nüfuzlu beyin mərkəzlərindən olan Avropa Xarici Əlaqələr Şurasının (ECFR) internet səhifəsində İtaliya Beynəlxalq Siyasi Araşdırmalar İnstitutunda (ISPI) və Venesiya Ka Foskari Universitetində post-sovet məkanı üzrə tədqiqatçı Karlo Frappinin “Müttəfiqliyə yaxın əlaqələr: İtaliyanın Azərbaycana və Dağlıq Qarabağ münaqişəsinə yeni yanaşması” adlı məqaləsi dərc olunub.

“Report” xəbər verir ki, məqalədə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin cari ilin 19-22 fevral tarixlərində İtaliya Respublikasına həyata keçirilmiş dövlət səfərinin iki ölkə arasındakı münasibətlərin yeni keyfiyyət müstəvisinə qədəm qoyması, İtaliyanın Azərbaycanla münasibətlərə və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair yeni baxışları və Qərbdə Azərbaycanın əsas tərəfdaşına çevrilməsi kimi məqamlar təhlil olunur.

Məqalədə Prezident İlham Əliyevin İtaliyaya dövlət səfəri Azərbaycan və İtaliya arasında münasibətlərin yeni keyfiyyət müstəvisinə qədəm qoymasını təmin etdiyi və rəsmi Romanın münasibətlərin dərinləşdirilməsi üçün “çox yüksək gözləntilərin” olduğu yaxınlaşma prosesinin nəticəsi olaraq “dəqiq bir siyasi seçim” kimi xarakterizə etdikləri qeyd olunur.

Müəllif İtaliya və Azərbaycan arasında imzalanmış sazişlərin iqtisadi cəhətdən əhəmiyyətinin danılmaz olduğunu qeyd edərək iki ölkə arasındakı cari razılaşmaların iqtisadi cəhətdən mühüm olsa da, onların siyasi ölçüsünün, xüsusilə Dağlıq Qarabağ münaqişəsinə münasibətdə daha da əhəmiyyətli olduğunu vurğulayır.

Tədqiqatçı imzalanmış sənədlər sırasında “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”nin müstəsna əhəmiyyət daşıdığını bildirir. Birgə Bəyannamə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın iddialarını ənənəvi olaraq əsaslandırdığı beynəlxalq hüququn dayaqları olan suverenlik, ərazi bütövlüyü və milli sərhədlərin toxunulmazlığı prinsipləri əsasında sülh you ilə həllinə tərəflərin dəstəyini təsdiq edir.

Bu, Helsinki Yekun Aktının təməl prinsiplərinə istinad edilməklə Bəyannamənin siyasi əhatəsinə təsir etmədən, İtaliyanın Azərbaycan və Ermənistan arasındakı münasibətlərə yürütdüyü ekvidstansiya (bərabər məsafəlilik) siyasətindən, əhəmiyyətli dərəcədə uzaqlaşmasını göstərir.

Sonda müəllif Azərbaycanın Qərbin Şərqi Avropadakı uzanan münaqişələrə münasibətdə ikili standartların tətbiq edilməsi ilə bağlı ölkəmizin narahatlığına cavab olaraq Romanın açıq bir mövqe sərgilədiyini və Birgə bəyannamənin əslində, müharibə edən tərəflər arasında otuz ilə yaxın danışıqlara vasitəçilik edən özünün də üzv olduğu ATƏT-in Minsk Qrupuna açıq şəkildə istinad etmədiyi Dağlıq Qarabağla bağlı ilk açıqlaması olduğunu vurğulayır.

Məqalənin italyan və ingilis dillərində olan mətnləri aşağıdakı linklərdən əldə oluna bilər:

https://www.ecfr.eu/rome/post/quasi_un_alleato_il_nuovo_approccio_dellitalia_allazerbaigian_e_al_conflitt?fbclid=IwAR1FaYowx6tvTJDzXeoG2C3PrKXsnPQT1I0amWpwvXRby-Y5hZecaSKRCtchttps://www.ecfr.eu/article/commentary_almost_an_ally_italys_new_approach_to_azerbaijan_and_the_nagorno

Son xəbərlər

Orphus sistemi