Vaterlo şəhərinin meri: "Natəvanın abidəsi bərpa ediləcək"

Vaterlo şəhərinin meri: "Natəvanın abidəsi bərpa ediləcək" Vaterlo şəhərinin meri Florence Reuter Xurşidbanu Natəvanın abidəsinə qarşı törədilmiş vandalizmlə əlaqədar Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının və Benilüks Azərbaycanlıları Konqresinin ona ünvanladığı məktuba cavab yazıb.
Xarici siyasət
483
11 Mart , 2020 16:35
Vaterlo şəhərinin meri: Natəvanın abidəsi bərpa ediləcək

Vaterlo şəhərinin meri Florence Reuter Xurşidbanu Natəvanın abidəsinə qarşı törədilmiş vandalizmlə əlaqədar Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının və Benilüks Azərbaycanlıları Konqresinin ona ünvanladığı məktuba cavab yazıb.

"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, mer məktubda vəziyyətin nəzarət altında olduğunu, polis orqanlarının təhqiqata başladığını qeyd edib. 

O bildirib ki, yazılı hesabat hazırlanıb, abidə bərpa ediləcək:

"Hadisə ilə bağlı aidiyyəti qurumlar ciddi iş aparır".

Xatırladaq ki, Xurşidbanu Natəvanın abidəsi Vaterlo şəhərinin mühafizə edilən tarixi abidələri siyahısına daxildir.

Son xəbərlər

Orphus sistemi