ABŞ-da ümumilli lider Heydər Əliyevin xatirəsi anılıb

ABŞ-da ümumilli lider Heydər Əliyevin xatirəsi anılıb Azərbaycanın ABŞ-dakı Səfirliyində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib.
Xarici siyasət
412
12 Dekabr , 2020 06:52
ABŞ-da ümumilli lider Heydər Əliyevin xatirəsi anılıb

Azərbaycanın ABŞ-dakı Səfirliyində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyindən “Report”a verilən məlumata görə, tədbir pandemiya səbəbindən məhdud çərçivədə, səfirliyin və bəzi diaspor üzvlərinin iştirakı ilə keçirilib.

İlk öncə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra səfir Elin Süleymanov qısa nitq söyləyərək ümummilli liderin Azərbaycanın müstəqilliyinin və dövlətçiliyinin möhkəmləndirilməsi, həmçinin xalqımızın rifahı üçün göstərdiyi misilsiz xidmətlərindən bəhs edib.

Səfir builki anım tədbirinin Azərbaycan tarixində xüsusi dövrə təsadüf etdiyini qeyd edərək, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun Ermənistanın təcavüzünə qarşı şanlı qələbəsinə toxunub. E.Süleymanov Şuşanın işğaldan azad edilməsinin tarixi əhəmiyyətindən danışarkən Prezident İlham Əliyevin ulu öndərin bu arzusunu reallaşdırdığını bildirib.

Sonda ümummilli liderin xatirəsi ehtiramla anılaraq, büstünün önünə gül dəstələri düzülüb.

Son xəbərlər

Orphus sistemi