Yuxarı

Vaşinqtonda IV Nüvə Təhlükəsizliyi Sammitinin plenar sessiyası başlayıb

Azərbaycan Prezidenti İlham Əliyev beynəlxalq tədbirdə iştirak edir

Bakı. 1 aprel. REPORT.AZ/ Vaşinqtonda IV Nüvə Təhlükəsizliyi Sammitinin plenar sessiyası öz işinə başlayıb.

"Report" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev beynəlxalq tədbirdə iştirak edir.

Zirvə görüşünü ABŞ prezidenti Barak Obama açıq elan edərək sammit iştirakçılarını salamlayıb.

Qeyd edək ki, Nüvə Təhlükəsizliyi Sammiti XXI əsrdə beynəlxalq birlik üçün ciddi təhlükə yaradan nüvə terrorçuluğunun qarşısını almağa həsr olunan yüksək səviyyəli zirvə görüşüdür. Əllidən çox ölkənin dövlət və hökumət başçılarının, müxtəlif beynəlxalq təşkilatların rəhbərlərinin iştirak etdikləri Sammitdə nüvə təhlükəsizliyinin əsas məsələləri, o cümlədən dünyada təhlükəli nüvə materiallarının sayının azaldılması, radioaktiv mənbələrin təhlükəsizliyinin, bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi və digər məsələlər müzakirə olunur.

Sammit ABŞ prezidenti Barak Obamanın mətbuat konfransı ilə sona çatacaq.

Xatırladaq ki, daha öncə Nüvə Təhlükəsizliyi Sammiti Vaşinqton (2010), Seul (2012) və Haaqada (2014) keçirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi