Vaşinqton ştatının ən böyük vilayətində Azərbaycana dair təqdimat keçirilib - VİDEO

Vaşinqton ştatının ən böyük vilayətində Azərbaycana dair təqdimat keçirilib - VİDEO ABŞ-ın Vaşinqton ştatında yerləşən Kinq Vilayət Şurasının iclasında Azərbaycana dair geniş təqdimat keçirilib.
Xarici siyasət
18 Aprel , 2019 10:25
Vaşinqton ştatının ən böyük vilayətində Azərbaycana dair təqdimat keçirilib - VİDEO
0 : 00
0 : 00

ABŞ-ın Vaşinqton ştatında yerləşən Kinq Vilayət Şurasının iclasında Azərbaycana dair geniş təqdimat keçirilib.

Bu barədə "Report"a Azərbaycanın Los-Ancelesdəki Baş Konsuluğundan məlumat verilib.  

Təqdimatda Azərbaycanın bu şəhərdəki baş konsulu Nəsimi Ağayev çıxış edib.

Vaşinqton ştatının ən böyük vilayəti olan Kinq Vilayəti əhalisinin sayına görə ştatda 1-ci, ABŞ-da isə 13-cü yeri tutur. Vilayətin mərkəzi şəhəri olan Sietl (Seattle) şəhəri ABŞ-ın mühüm sənaye və ticarət şəhərlərindən hesab olunur.

Təqdimatdan öncə çıxış edən Kent Vilayət Şurasının üzvü Pit fon Reyxbauer (Pete von Reichbauer) şura üzvləri və iclas iştirakçılarına Azərbaycan haqqında məlumat verərək, ölkəmizin 1918-ci ildə müsəlman dünyasında ilk dünyəvi demokratik respublika qurduğunu, ABŞ-dan iki il öncə qadınlara seçmək və seçilmək hüququ verdiyini bildirib. O, Azərbaycanın xüsusilə Vaşinqton ştatı ilə yüksək iqtisadi əlaqələrə malik olduğunu qeyd edib. Sonra P.Reyxbauer baş konsul N.Ağayevi Şura üzvlərinə və iclas iştirakçılarına təqdim edib.

Baş konsul N.Ağayev çıxışında Azərbaycanın müstəqillik tarixi, yerləşdiyi coğrafi məkan, iqtisadi inkişafı və mədəniyyəti haqqında məlumat verərək, ölkənin bu gün dünyanın ən sürətlə çağdaşlaşan ölkələrindən birinə çevrildiyini və Cənubi Qafqaz regionunda ABŞ-ın əsas ticarət tərəfdaşı olduğunu, terrorçuluğa qarşı mübarizə və enerji təhlükəsizliyi də daxil olmaqla müxtəlif sahələrdə ABŞ ilə sıx əməkdaşlıq etdiyini diqqətə çatdırıb. 

Rəsmi Bakının Vaşinqton ştatı ilə əlaqələrindən bəhs edən baş konsul Azərbaycanın indiyədək bu ştatda yerləşən “Boeing” və “Microsoft” şirkətləri ilə bir sıra iri layihələrə imza atdığını və bu layihələrin Vaşinqton ştatının iqtisadi inkişafına mühüm töhfələr verdiyini vurğulayıb. Diplomat həmçinin Azərbaycan multikulturalizmi haqda da danışaraq, bu gün ölkəmizdə müsəlman, xristiyan, yəhudi və digər dinlərin daşıyıcılarının sülh və əmin-amanlıq şəraitində birgə yaşadıqlarını və Azərbaycanın bu sahədə bütün dünya üçün müsbət bir örnək olmağa çalışdığını qeyd edib. Kinq Vilayətində böyük Azərbaycan icmasının yaşadığını qeyd edən N.Ağayev qarşıdakı illərdə bu Vilayətlə əlaqələrin genişləndiriməsinə ümidini ifadə edib.

Son xəbərlər

Orphus sistemi