Vasif Talıbov İranın Naxçıvandakı baş konsulunu təltif edib

Vasif Talıbov İranın Naxçıvandakı baş konsulunu təltif edib Bakı. 21 iyun. REPORT.AZ/ Mənsur Abbasquli oğlu Ayrom “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı ilə təltif edilib.
Xarici siyasət
21 İyun , 2018 18:53
Vasif Talıbov İranın Naxçıvandakı baş konsulunu təltif edib

Bakı. 21 iyun. REPORT.AZ/ Mənsur Abbasquli oğlu Ayrom “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı ilə təltif edilib. 

"Report"un məlumatına görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iyunun 21-də bununla bağlı sərəncam imzalayıb.

M.Ayrom Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikası arasında səmərəli əlaqələrin inkişafına görə mükafatlandırılıb. 

Qeyd edək ki, Mənsur Ayrom İran İslam Respublikasının Naxçıvandakı baş konsulu vəzifəsində çalışır.

Son xəbərlər

Orphus sistemi