Vasif Talıbov İranın keçmiş prezidentinin vəfatı ilə əlaqədar başsağlığı verib - FOTO

Vasif Talıbov İranın keçmiş prezidentinin vəfatı ilə əlaqədar başsağlığı verib - FOTO Naxçıvan Ali Məclisinin sədri İranın baş konsulluğunu ziyarət edib
Xarici siyasət
9 Yanvar , 2017 21:22
Vasif Talıbov İranın keçmiş prezidentinin vəfatı ilə əlaqədar başsağlığı verib - FOTO

Bakı. 9 yanvar. REPORT.AZ/ Yanvarın 8-də vəfat edən İranın keçmiş prezidenti Əli Əkbər Haşimi Rəfsəncaninin vəfatı ilə əlaqədar İranın Naxçıvandakı baş konsulluğunda anım mərasimi təşkil olunub.

Baş konsulluqdan “Report”a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun başçılıq etdiyi nümayəndə heyəti mərasimdə iştirak edib.

V.Talıbov Ə.Ə.H.Rəfsəncaninin vəfatı ilə əlaqədar başsağlığı verərək, onun mərhum Heydər Əliyevlə yaxın əlaqələrinə diqqət çəkib və müstəqillik illərinin əvvələrində Azərbaycana xüsusən Naxçıvan Muxtar Respublikasına göstərilən köməkliklərə verdiyi dəstəyin unudulmayacağını bildirib.

İranın Naxçıvandakı baş konsulu Mansour Airom Naxçıvanlı yüksək vəzifəli məsul şəxslərin bu mərasimində iştirakına və başsağlığına görə minnətdarlıq edərək, mərhum Rəfsəncani və mərhum Heydər Əliyevi əlaqələrin banisi kimi dəyərləndirib. Ə.Ə.Rəfsəncani və H.Əliyevin birlikdə təməlini qoyduqları bu əlaqələrin gələcəkdə daha çox inkişaf etdiriləcəyinə ümidvar olduğunu vurğulayan baş konsul mərasimdə iştiraka görə öz təşşəkürünü bildirib.

Daha sonra Naxçıvan Muxtar Respublikasının qazisi Sahib Məmmədov Qurani-Kərimdən ayələr oxuyub.

Sonda Vasif Talıbov xatirə dəftərinə başsağlığı sözlərini yazıb.  

Son xəbərlər

Orphus sistemi