Yuxarı
    Bağlamaq

    Vasif Talıbov İranın ölkəmizdəki səfiri ilə görüşüb

    Ali Məclis sədri səfirin ölkəmizdəki diplomatik fəaliyyətini uğurla başa çatdırdığını bildirib

    Bakı. 11 sentyabr. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İran İslam Respublikasının ölkəmizdəki səfiri Möhsün Pakayin ilə görüşüb.

    "Report" xəbər verir ki, Ali Məclisin sədri səfirin ölkəmizdəki diplomatik fəaliyyətini uğurla başa çatdırdığını və ötən dövrdə Azərbaycan-İran əlaqələrinin inkişaf etdiyini bildirib. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın yaxın vilayətləri arasında əlaqələrin genişləndirildiyini də diqqətə çatdıran Vasif Talıbov bu istiqamətdəki səylərinə görə Möhsün Pakayinə təşəkkür edib.

    Möhsün Pakayin ölkələrimiz arasındakı əlaqələrin inkişafından danışıb, həyata keçirilən qarşılıqlı səfərlərin və imzalanan sənədlərin əhəmiyyətini qeyd edib, diplomatik fəaliyyəti dövründə ona göstərilən dəstəyə görə minnətdarlığını bildirib.

    Görüşdə İran İslam Respublikasının Naxçıvandakı Baş konsulu Mənsur Ayrom da iştirak edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi