Vasif Talıbov Belçikanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb

Vasif Talıbov Belçikanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb Ali Məclisin sədri ikitərəfli əlaqələrin inkişafında Bert Skufsa uğurlar arzulayıb
Xarici siyasət
7 İyul , 2017 04:16
Vasif Talıbov Belçikanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb

Bakı. 7 iyul. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Belçika Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bert Skufsla görüşüb.

"Report" xəbər verir ki, Ali Məclisin sədri Azərbaycana səfir təyin olunması münasibətilə Bert Skufsu təbrik edib, ikitərəfli əlaqələrin inkişafında ona uğurlar arzulayıb. Ölkələrimiz arasındakı münasibətlərə uyğun olaraq Naxçıvan-Belçika əlaqələrinin inkişaf etdiyini bildirən Ali Məclisin sədri iqtisadi-ticarət və əczaçılıq sahəsindəki əməkdaşlıqdan danışıb, təhsil sahəsində əlaqələrin yaradılmasının və iş adamları arasında görüşlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Səfir Bert Skufs səmimi qəbula görə minnətdarlıq edib və Naxçıvana səfərinin mühüm əhəmiyyətə malik olduğunu bildirib. Belçika Krallığı ilə Naxçıvan Muxtar Respublikası arasındakı əlaqələrin məmnunluq doğurduğunu qeyd edən qonaq hər iki tərəfin maraqları daxilində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb və bu istiqamətdə səylərini əsirgəməyəcəyini bildirib.

Son xəbərlər

Orphus sistemi