Vasif Talıbov Belarusun ölkəmizdəki səfiri ilə görüşüb

Vasif Talıbov Belarusun ölkəmizdəki səfiri ilə görüşüb Əlaqələrin hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb
Xarici siyasət
12 Oktyabr , 2016 06:23
Vasif Talıbov Belarusun ölkəmizdəki səfiri ilə görüşüb

Bakı. 12 oktyabr. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Belarus Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Gennadi Axramoviçlə görüşüb.

"Report" xəbər verir ki, Ali Məclisin sədri səfiri salamlayaraq, ölkələrimiz arasında kənd təsərrüfatı, hərbi, səhiyyə, təhsil və digər sahələrdə əlaqələrin inkişaf etdiyini bildirmiş, səfirliyin bu sahədəki fəaliyyətini diqqətə çatdırıb. Azərbaycan-Belarus ikitərəfli münasibətlərində Naxçıvan Muxtar Respublikasının rolunu qeyd edən Ali Məclisin Sədri əlaqələrin bundan sonra da müxtəlif istiqamətlərdə inkişaf edəcəyinə əminliyini bildirib, səfirə ölkəmizdəki diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Səmimi qəbula görə minnətdarlıq edən Gennadi Axramoviç ölkələrimiz arasındakı dostluq əlaqələrindən danışıb. Səfir Belarus Respublikası ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasındakı ikitərəfli münasibətlərin yaxşı perspektivi olduğunu vurğulayıb, əlaqələrin daha da genişləndirilməsinə çalışacağını qeyd edib.

Söhbət zamanı əlaqələrin hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi