Varşava Ali Ticarət Məktəbinin tələbələri Azərbaycanın Polşadakı səfirliyində olublar

Varşava Ali Ticarət Məktəbinin tələbələri Azərbaycanın Polşadakı səfirliyində olublar Görüş Ali Ticarət Məktəbi tərəfindən həyata keçirilən “Diplomatiya hərəkəti” adlı layihə çərçivəsində təşkil edilib
Xarici siyasət
21 Aprel , 2017 20:31
Varşava Ali Ticarət Məktəbinin tələbələri Azərbaycanın Polşadakı səfirliyində olublar

Varşava. 21 aprel. REPORT.AZ/ Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov Varşava Ali Ticarət məktəbinin xarici əlaqələr üzrə elmi dərnəyinin üzvlərilə görüşüb. 

Azərbaycanın Polşadakı səfirliyindən “Report”un Şərqi Avropa bürosuna verilən məlumata görə, görüş Ali Ticarət Məktəbi tərəfindən həyata keçirilən “Diplomatiya hərəkəti” adlı layihə çərçivəsində təşkil edilib. Layihənin məqsədi Polşada akkreditə olunan müxtəlif diplomatik korpus nümayəndələri ilə görüşlərdə digər ölkələrin xarici siyasət, beynəlxalq əlaqələr və diplomatiya sahəsində təcrübəsinə yiyələnməkdir. 

Ali təhsil ocağının tələbələrinin çoxsaylı suallarını cavablandıran Səfir Həsən Həsənov Azərbaycanın müasir dövrü, siyasi və iqtisadi nəaliyyətləri, iki ölkə arasındakı əlaqələr, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və eləcə də səfirliyin fəaliyyəti barədə daha ətraflı məlumat verib. 

Sonda tələbərə səfirlik tərəfindən polyak dilində nəşr edilən və Azərbaycan tarixi, mədəniyyəti və dilinə həsr olunan kitablar hədiyyə edilib.

Xatırladaq ki, ötən ilin mayında eyni adlı layihə çərçivəsində Ali Ticarət Məktəbinin tələbələri ilə görüş keçirilib.

Son xəbərlər

Orphus sistemi