Azərbaycan bir sıra ölkələr və beynəlxalq təşkilatlara yeni səfirlər təyin edib - SİYAHI

Azərbaycan bir sıra ölkələr və beynəlxalq təşkilatlara yeni səfirlər təyin edib - SİYAHI Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb
Xarici siyasət
27 Yanvar , 2016 19:05
Azərbaycan bir sıra ölkələr və beynəlxalq təşkilatlara yeni səfirlər təyin edib - SİYAHI

Bakı. 27 yanvar. REPORT.AZ/ Prezident İlham Əliyev Vaqif Sadıqovun Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi təyin edilməsi haqqında sərəncam imzalayıb. 

"Report" xəbər verir ki, sərəncamla Vaqif İsmayıl oğlu Sadıqov Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi təyin edilib.

Dövlət başçısının digər sərəncamı ilə Elxan Cahangir oğlu Qəhrəmanov Azərbaycan Respublikasının Küveyt Dövlətində, Tural Anar oğlu Rzayev isə Azərbaycan Respublikasının Misir Ərəb Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Son xəbərlər

Orphus sistemi