Valentina Matviyenko: "AŞPA böhran vəziyyətindədir"

Valentina Matviyenko: "AŞPA böhran vəziyyətindədir" Rusiya AŞPA-da nümayəndə heyəti yaratmaq çağırışlarını alqışlayır.
Xarici siyasət
12 Aprel , 2019 15:08
Valentina Matviyenko: AŞPA böhran vəziyyətindədir
Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko / Report/Firi Salim

Rusiya AŞPA-da nümayəndə heyəti yaratmaq çağırışlarını alqışlayır.

“Report” xəbər verir ki, bu barədə Bakıda səfərdə olan Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko jurnalistlərə deyib.

Avropa Şurası, AŞPA rəhbərliyindən, sağlam düşüncəli siyasətçilərdən müsbət siqnallar gəlir. Onlar AŞPA-nın böhran vəziyyətində olduğunu, bunun bütövlüklə Avropa Şurasına da sirayət edəcəyini başa düşürlər. Biz də bunları alqışlayır və dialoqun davamına hazırıq”, - V.Matviyenko vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl AŞPA Rusiyanı bu qurumda nümayəndə heyəti yaratmağa, habelə Avropa Şurasına üzvlük haqqı ödəməyə çağırıb.

Son xəbərlər

Orphus sistemi