Yuxarı
    Bağlamaq

    Valeh Ələsgərov: Rusiya ilə Azərbaycan deputatlarının əməkdaşlığı yüksək sürətlə davam edir

    Biz Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın bütün sahələrdə yüksək sürətlə və müvəffəqiyyətlə inkişaf etdiyini xüsusi vurğuladıq”

    Bakı. 26 May. REPORT.AZ/ Moskvada Rusiya-Azərbaycan parlamentlərarası komissiyasının 13-cü iclası keçirilib.

    "Report"un AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, Azərbaycan Milli Məclisi sədrinin müavini Valeh ƏIəsgərov bildirib ki, iki ölkənin parlamentlərinin üzvləri gələn il üçün proqram müəyyən ediblər və hələ iclasa qədər müzakirə üçün razılaşdırılmış problemləri nəzərdən keçiriblər. 

    V.Ələsgərov deyib: “Biz iclasda miqrasiya, elmi-texniki əməkdaşlıq, informasiya mübadiləsi, habelə investisiyaların təşviqi və müdafiəsi məsələlərini və bir çox digər məsələləri müzakirə etdik. Biz Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın bütün sahələrdə, ən başlıcası bərabər tərəfdaşlıq, qarşılıqlı hörmət şəraitində və razılaşdırdığımız bütün qaydalara riayət etməklə yüksək sürətlə və müvəffəqiyyətlə inkişaf etdiyini xüsusi vurğuladıq”.

    Elə həmin gün RF Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşü olduğunu qeyd edən V.Ələsgərov deyib: “Biz komissiyamızın iclası, fəaliyyət planları və fəaliyyətimizin perspektivləri barədə məlumat verdik. Bir sıra məsələlərdə dəstək aldıq. Əminəm ki, komissiyamızın qarşısına qoyulan məsələlər həll ediləcək və biz Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın inkişafına töhfəmizi verəcəyik”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi