Valeh Ələsgərov: Qazaxıstanda seçkilər düzgün və qüsursuz keçirilir

Valeh Ələsgərov: Qazaxıstanda seçkilər düzgün və qüsursuz keçirilir Bu gün Qazaxıstanda Milli Parlament Məclisinə (aşağı palata) növbədənkənar seçkilərdə səsvermə keçirilir
Xarici siyasət
20 Mart , 2016 12:02
Valeh Ələsgərov: Qazaxıstanda seçkilər düzgün və qüsursuz keçirilir

Bakı. 20 mart. REPORT.AZ/ Qazaxıstan Respublikası Milli Parlament Məclisinə növbədənkənar seçkilər düzgün, qüsursuz keçirilir. Bunu bu ölkədə keçirilən seçkiləri müşahidə edən deputat qrupunun rəhbəri, Milli Məclis sədrinin müavini Valeh Ələsgərov bildirib.

“MDB Parlament Assambleyasının xüsusi missiyası Qazaxıstan Milli Parlament Məclisinə növbədənkənar seçkilərində müşahidəçi qismində iştirak edir. Bu missiyanın tərkibində MDB ölkələrinin parlament üzvlərindən ibarət 42 nəfər var. Missiyanın üzvləri bir neçə şəhərdə seçki məntəqələrində seçkiləri izləyəcək, nəticə olaraq son sənəd hazırlanacaq və bu sənəddə bizim qeydlər, təkliflər, fikirləri öz əksini tapacaq. Bununla da biz öz işimizi yekunlaşdırmış olacağıq”, - deyə Valeh Ələsgərov qeyd edib.

Bu gün Qazaxıstanda Milli Parlament Məclisinə (aşağı palata) növbədənkənar seçkilərdə səsvermə keçirilir. Ölkədə 9840 seçki məntəqəsi fəaliyyət göstərir. Seçici siyahılarına 9 milyon 791 min nəfərin adı daxil olunub. Səsvermə yerli vaxtla saat 20:00-dək davam edəcək. Aşağı palatada 98 yer (partiya siyahıları üzrə) uğrunda Prezident Nursultan Nazarbayevin rəhbərlik etdiyi “Nur Otan” Partiyası da daxil olmaqla, 6 siyasi partiya mübarizə aparır.

Son xəbərlər

Orphus sistemi