Vaezi: "Ruhani və Putinin Bakıdakı görüşü ölkələr arasındakı münasibətləri yeni səviyyəyə çıxaracaq"

Vaezi: "Ruhani və Putinin Bakıdakı görüşü ölkələr arasındakı münasibətləri yeni səviyyəyə çıxaracaq" Avqustun 8-də Bakıda Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşünün keçirilməsi planlaşdırılır
Xarici siyasət
29 iyul 2016 08:25
Vaezi: Ruhani və Putinin Bakıdakı görüşü ölkələr arasındakı münasibətləri yeni səviyyəyə çıxaracaq

Bakı. 29 iyul. REPORT.AZ/ "Avqustun 8-də İran və Rusiya prezidentlərinin Bakıda keçiriləcək görüşü ölkələr arasındakı ikitərəfli münasibətləri yeni səviyyəyə çıxaracaq".

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya-İran hökumətlərarası komissiyasının həmsədri, İranın rabitə və kütləvi kommunikasiyalar naziri Mahmud Vaezi Rusiya energetika naziri Aleksandr Novak ilə görüşdə deyib.

"Liderlərin 2015-ci ildə Tehrandakı görüşü Rusiya və İran arasındakı münasibətlərin kulminasiya nöqtəsi oldu. Həsən Ruhani və Vladimir Putin arasındakı növbəti görüş münasibətləri yenə səviyyəyə çıxarmağa yardım edəcək", - deyə M.Vaezi bildirib.

Xatırladaq ki, avqustun 8-də Bakıda Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşünün keçirilməsi planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi