​Vaan Martirosyan: "Suriya ermənilərindən ibarət qruplar Qarabağa yerləşdirilib"

​Vaan Martirosyan: "Suriya ermənilərindən ibarət qruplar Qarabağa yerləşdirilib" "Mən özüm bir neçə dəfə Qarabağda olmuşam və onları öz gözlərimlə görmüşəm"
Xarici siyasət
18 Sentyabr , 2015 13:46
​Vaan Martirosyan: Suriya ermənilərindən ibarət qruplar Qarabağa yerləşdirilib

Bakı. 18 sentyabr. REPORT.AZ/ Suriyadan Ermənistana gələn ermənilərdən qruplar təşkil olunaraq Dağlıq Qarabağa göndərilib. "Report" xəbər verir ki, bunu Bakıda keçirdiyi mətbuat konfransında Azərbaycandan siyasi sığınacaq istəyən Ermənistanın "Milli Azadlıq Hərəkatı" ictimai-siyasi təşkilatının rəhbəri Vaan Martirosyan bildirib.

Onun sözlərinə görə, Suriyadan Ermənistana 15-20 min Suriya ermənisi gəlib: "Onlardan bəziləri Ermənistanı tərk etmək məcburiyyətində qalıbar, çünki dövlət tərəfindən ayrılan pul vəsaitini məmurlar mənimsəyib. Bundan əlavə, hətta onların öz pulları da əllərindən alınıb. Suriya ermənilərinin bəzilərindən qruplar yaradılaraq Qarabağ cəbhəsinə göndərilib. Mən özüm bir neçə dəfə Qarabağda olmuşam və onları öz gözlərimlə görmüşəm".

Son xəbərlər

Orphus sistemi