​Vaan Martirosyan ailəsini erməni hakimiyyətinin özbaşınalığından qorumaq üçün BMT və BQXK-ya müraciət edib

​Vaan Martirosyan ailəsini erməni hakimiyyətinin özbaşınalığından qorumaq üçün BMT və BQXK-ya müraciət edib "Mən BMT və BQXK-dan onlar xaricə köçənə kimi ailəmin ilkin təhlükəsizliyini təmin etmələrini xahiş edirəm"
Xarici siyasət
18 Sentyabr , 2015 14:32
​Vaan Martirosyan ailəsini erməni hakimiyyətinin özbaşınalığından qorumaq üçün BMT və BQXK-ya müraciət edib

Bakı. 18 sentyabr. REPORT.AZ/ "Mən BMT və Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı ofislərinə mənə köməklik göstərilməsi ilə bağlı müraciət edirəm". "Report" xəbər verir ki, bunu Bakıda keçirdiyi mətbuat konfransında Azərbaycandan siyasi sığınacaq istəyən Ermənistanın "Milli Azadlıq Hərəkatı" ictimai-siyasi təşkilatının rəhbəri Vaan Martirosyan bildirib.

"Mənim Ermənistanda anam qalıb, həyat yoldaşımın isə qardaşı və anası oradadır", - V.Martirosyan deyib.

O, hər iki təşkilatın Bakı nümayəndəliklərini Ermənistanda qalan qohumlarının təhlükəsizliyini təmin etmək üçün BMT və BQXK-nın Yerevan ofislərinə müraciət etmələrini xahiş edib.

"Mən bu müraciəti ona görə edirəm ki, Sarqsyan hakimiyyətinin necə hərəkət edəcəyini bilirəm. Onlar mənim anamı Ermənistan təhlükəsizlik xidmətinin zirzəmisində gizlədə bilərlər. Mən BMT və BQXK-dan onlar xaricə köçənə kimi ailəmin ilkin təhlükəsizliyini təmin etmələrini xahiş edirəm", - V.Martirosyan vurğulayıb.

Son xəbərlər

Orphus sistemi